Almaniyanın sabiq kansleri Angela Merkel hesab edir ki, Ukraynada baş verən münaqişənin dolayı səbəblərindən biri COVID-19 pandemiyası olub.
Merkel bu fikrini Macarıstanın Partizan layihəsinə verdiyi müsahibə zamanı səsləndirib. Onun sözlərinə görə, pandemiyanın yaratdığı qlobal böhran beynəlxalq əməkdaşlığı zəiflədib və dövlətlər arasında etimadsızlığı artırıb. Bu da nəticə etibarilə Avropada gərginliyin dərinləşməsinə şərait yaradıb.
Sabiq kansler vurğulayıb ki, pandemiya dövründə yaranan siyasi və iqtisadi qeyri-sabitlik sonrakı geosiyasi proseslərə də təsir göstərib.
//Samir Qurbanov, Editor.az

