Almaniya kansleri Angela Merkel Türkiyənin Avropaya qanunsuz immiqrasiya ilə mübarizədə Avropa Birliyi (AB) üçün mərkəzi rol oynadığını söyləyib.
Editor.az xəbər verir ki, “Jüdische Allgemeine” qəzetində Qüdsdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunu ziyarət edən Almaniya kansleri Angela Merkelin Türkiyə ilə bağlı sözləri yer alıb.
Kansler Merkel Türkiyə ilə bağlı bir suala “Türkiyəni gözardı edə bilməzsiniz” -deyə cavab verib:
” NATO üzvü Türkiyə Avropaya qanunsuz köçlə mübarizədə AB üçün mərkəzi rol oynayır. Türkiyənin böyük hədəfləri var və münasibətlərdə bir çox xəyal qırıqlığı var. Əsas mövzularda münasibətlər fərqli olsa belə, yenə də praqmatik razılaşmalar tapmalısınız. Bir -birimizlə danışmağa davam etməliyik. Xarici siyasət dəyərlərin və maraqların qarışığıdır. Burada doğru tarazlığı tapmaq böyük işdir”.
//Gülnarə Abasova, Editor.az

