“PARA” bank olmayan kredit təşkilatı (BOKT) 2020-2023-cü illəri kapital çatışmazlığı ilə işləyib.
“Yeni Sabah” xəbər verir ki, “PARA BOKT”un 2023-cü ildə 17,9 milyon manat kapital çatışmazlığı ilə üzləşib. Maliyyə hesabatına əsasən BOKT 2020-ci ili 9,6 milyon manat, 2021-ci ili 15,1 milyon manat, 2022-ci ili isə 16,9 milyon manat kapital çatışmazlığı ilə bitirib.
Həmçinin, kredit təşkilatının yığılmış zərəri 2018-ci ildən artmağa başlayıb. Belə ki, 2018-ci ildə yığılmış zərər 31,5 milyon manat olduğu halda, 2022-ci ildə bu rəqəm 50 milyon manata, ötən il isə 51,5 milyon manata yüksəlib.
BOKT həmçini, 2022-ci ili 1,8 milyon, ötən ii isəl 1,04 milyon manat zərərlə bitirib.
Ötən il BOKT kiçilib. Belə ki, cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 14.4% və ya 3.5 milyon manat azalaraq 21,11 milyon manat olub. “PARA BOKT”un öhdəlikləri isə aktivlərini 18 milyon manat üstələyərək 39,04 milyon manata çatıb.
Bütün bunlar isə BOKT-da durumun heç də ürəkaçan olmadığını xəbər verir.
“Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları”na əsasən BOKT-lara minimal kapital tələbi 300 min manat təşkil edir. Başqa sözlə, BOKT 4 ildir ki, minimal kapital tələbinə əməl etmir. Bununla belə, tənzimləyici qurum olan Mərkəzi Bank tərəfindən hər hansı bir reaksiyanın verildiyi görünmür.

