Mers: Ukrayna yaxın həftələrdə Patriot sistemləri alacaqbackend

Mers: Ukrayna yaxın həftələrdə Patriot sistemləri alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Fridrix Mers bəyan edib ki, Ukrayna yaxın həftələr ərzində Patriot zenit-raket sistemləri alacaq. Bu barədə o, 17 iyul tarixində Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında danışıb, – “Ukrinform” xəbər verir.

“Hazırda müdafiə nazirlikləri Ukraynaya Patriot sistemlərinin tez bir zamanda çatdırılması üçün detalları müzakirə edir. Bu proses bir neçə həftə çəkə bilər. Danışıqlar çox konkret xarakter daşıyır. ABŞ tərəfi bu məsələdə hazırdır, lakin hələ yekun nəticə yoxdur”, – deyə Mers bildirib.

Kanslerin sözlərinə görə, tərəflər arasında əldə olunacaq razılaşmalar ABŞ prezidentinin verdiyi vədin texniki baxımdan mümkün olmasına şərait yaradacaq.

//Samir Qurbanov, Editor.az