Merz: Almaniya Ukraynanı sona qədər dəstəkləməkdə qərarlıdırbackend

Merz: Almaniya Ukraynanı sona qədər dəstəkləməkdə qərarlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynadakı münaqişədə Avropanın hesabına qalib gələ bilməyəcək.

Editor.az xəbər verir ki, bunu Almaniyanın kansleri Fridrix Merz “The Guardian”a açıqlamasında deyib.

“Rusiya Prezidenti Vladimir Putin anlamalıdır ki, bu müharibədə Avropanın nizamı, azadlığı və sülhü bahasına qalib gəlmək imkanı yoxdur”, – Merz bildirib.

Almaniya hökumətinin başçısı vurğulayıb ki, Berlin Ukraynaya “mümkün qədər” dəstək verməyə davam edəcək. O, həmçinin dondurulmuş Rusiya aktivlərinin bu məqsədlə istifadəsi təşəbbüsünü də dəstəklədiyini qeyd edib.

Kanslerin sözlərinə görə, Avropada sülhün qorunması hökumətin əsas prioritetlərindəndir. O əlavə edib ki, Almaniya Ukrayna münaqişəsinin başa çatdırılmasını istəyir, lakin bunun “təslim olmaq” şərtləri ilə baş verməsini qəbul etmir. Merz Almaniyanın 2026-cı ilə qədər Ukraynaya dəstəyi 11,5 milyard avroya çatdıracağını da açıqlayıb.

//Gülnarə Abasova, Editor.az