Almaniya Kansleri Friedrich Merz 24–26 fevral tarixlərində Çinə planlaşdırdığı səfər çərçivəsində Çin Xalq Respublikasının Sədri Xi Jinping ilə açıq və səmimi dialoq quracağına ümid etdiyini bildirib.
Editor.az xəbər verir ki, DPA agentliyinin yaydığı məlumata görə, Merz səfər zamanı onu müşayiət edəcək nümayəndə heyətinin tərkibində iş dünyasının təmsilçilərinin də yer alacağını qeyd edib.
Kansler bildirib ki, Çin lideri ilə görüşdə əsas məqsədi qarşılıqlı anlaşmanı gücləndirməkdir:
“Açıq bir dialoq qurmaq imkanımızın olacağına ümid edirəm. İlk növbədə, Çin prezidentini daha yaxşı anlamağa çalışıram. Eyni zamanda, Almaniyadakı və Avropadakı mövqeyimizi, şəxsi baxışımı, bəzi qlobal hadisələrə münasibətimi və birlikdə potensial olaraq nələr edə biləcəyimizi izah etmək istəyirəm”.
Qeyd edək ki, Fridrix Merzin Çinə səfəri 24–26 fevral tarixlərini əhatə edəcək və onu iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.
//Gülnarə Abasova, Editor.az

