Dağıstan paytaxtında məscidlərdən birində iki gənc Mahaçqala sakini namazdan sonra dava edib.
Editor.az bildirir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. İştirakçılardan biri polisə aparılıb.
Orada saxlanılan şəxs məsciddən çıxarkən aralarında münaqişə yaşadığı tanışı ilə rastlaşdığını bildirib. Bu səbəbdən də şübhəli şəxs tanışını döyməyə başlayıb və daha sonra ona travmatik tapança ilə bir neçə dəfə atəş açıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Onu da əlavə edək ki, silah götürülüb.
//Samir Qurbanov, Editor.az

