Meşə yanğını ilə əlaqədar 3 nəfər saxlanıldıbackend

Meşə yanğını ilə əlaqədar 3 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balıkəsirdə Altıeylül rayonunun Paşaköy çölündə baş verən yanğınla bağlı 3 nəfər saxlanılıb. Yanğınsöndürənlərin yanğına müdaxiləsi davam edir.

Xəbər verdiyimiz kimi, Balıkəsirin Altıeylül rayonunda meşə yanğını baş verib.

Əldə edilən məlumata görə, Paşaköy Məhəlləsi çölündə baş verən yanğın qısa müddətdə meşəlik əraziyə keçib. Bölgəyə meşə təsərrüfatı və yanğınsöndürmə briqadaları sövq edilib. Qruplar yanğını idarə etmək üçün havadan və qurudan işlərini davam etdirərkən, alovların Altıeylül İnkaya Məhəlləsi çölünə yaxınlaşmasının ardından Balıkesir Valiliyinin qərarı ilə məhəllə boşaldılıb.

Yanğınla bağlı 3 nəfər saxlanılıb. 2 nəfər dindirildikdən sonra sərbəst buraxılsa da, 1 nəfər ədliyyəyə sövq edilib. Yanğının presləmə maşını işlətməkdən başladığı iddia edilir.

Qeyd edək ki, yanğın hələ də davam edir.

//Samir Qurbanov, Editor.az