Meşə yanğınları Fransanı cənginə alıbbackend

Meşə yanğınları Fransanı cənginə alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə aydır ki, Avropa ölkələri isti hava səbəbindən meşə yanğınları ilə mübarizə aparır. Yanğınların tüğyan etdiyi ölkələrdən biri də Fransadır. Editor.az xarici KİVə istinadla xəbər verir ki, ölkənin cənub-qərbindəki Giron bölgəsində 500 hektar ərazi yanğınlar səbəbi ilə külə dönüb. Yanğınları söndürmək üçün çoxlu sayda canlı qüvvə və dörd helikopter cəlb olunub. La-Taste-de Buç İstirahət zonasında isə 6 min nəfər insan təxliyə edilib. Bu bölgədəki yanğını söndürmək üçün 400 nəfərdən ibarət canlı qüvvə cəlb edilib. Havanın küləkli olması səbəbi ilə yanğınlara nəzarət etmək hələ ki mümkün olmur.

//Nəzərbəy Hacıağayev, Editor.az