Meşə yanğınları nəticəsində ölənlərin sayı 100-ə çatdı, ölkədə matəm elan edildibackend

Meşə yanğınları nəticəsində ölənlərin sayı 100-ə çatdı, ölkədə matəm elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çilidə meşə yanğınları nəticəsində ən azı 99 nəfər ölüb.

Editor.az bildirir ki, bu barədə məlumatı dövlət məhkəmə-tibbi ekspertizası xidməti X sosial şəbəkəsində verib. Bundan əvvəl 64 nəfərin öldüyü, 372 nəfərin itkin düşdüyü bildirilmişdi. Qurbanların sayı arta bilər, – Çili Prezidenti Qabriel Boriç deyib.

Xilasedicilər dağılmış evlərə baxış keçirib. Bəzi zərərçəkənlərin vəziyyəti ağır olaraq xəstəxanalardadır.
Xatırladaq ki, fevralın 2-də Çilinin mərkəzində yanğınlar baş verib Vina del Mar şəhərində ən azı 1,6 min insan evsiz qalıb. 1931-ci ildə əsası qoyulan botanika bağı məhv olub. Çilinin Valparaiso bölgəsində fövqəladə vəziyyət elan olunub. Fevralın 5-dən üç günlük matəm elan edilib.

//Samir Qurbanov, Editor.az