Meşədə faciə: Sevgilisi 20 yaşlı qızı boğdu – Fotobackend

Meşədə faciə: Sevgilisi 20 yaşlı qızı boğdu – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İzmir şəhərində meşədən cəsəd tapılıb.

Editor.az yerli KİV-ə istinadən xəbər verir ki, meşəbəyinin tapdığı cəsədin 20 yaşlı Ayşə Nazlı Xınaçıya aid olduğu müəyyənləşib. Qızın ailəsinin fevralın 15-dən itkin düşmə ilə bağlı polisə müraciət etdiyi də qeyd olunur.

Təhlükəsizlik kamerasına baxış zamanı 20 yaşlı qızın T.Ö adlı birinin maşınına mindiyi müəyyən edilib. Adı çəkilən şəxs dərhal saxlanılaraq istintaqa cəlb olunub. O, verdiyi ifadəsində Ayşə ilə parkda tanış olduqlarını bildirib. Hadisə baş verən günü qızla göl ətrafına gediblər. Burda T.Ö mübahisə zəminində Ayşəni boğaraq meşəyə atıb.

Cinayətkar istintaqdan sonra məhkəməyə təhvil veriləcək. / Lent.az

 

Meşədə faciə: Sevgilisi 20 yaşlı qızı boğdu  - Foto