Məşədibabanın oğlunun Rəşad Dağlı ilə bağlı yazdığı şeir trend oldu – VİDEObackend

Məşədibabanın oğlunun Rəşad Dağlı ilə bağlı yazdığı şeir trend oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın həbsdə olan Rəşad Dağlı ilə bağlı yazdığı şeir böyük marağa səbəb olub.

Editor.az baku.ws-ə istinadən bildirir ki, sosial şəbəkədə izlənmə rekordu qıran görüntülərdə Mircəlal Aydəmirov tanınmış meyxanaçının tezliklə azadlığa qovuşmasını arzulayıb.

Qeyd edək ki, qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirməkdə ittiham olunur.