Məşhur aktrisa İsraili tənqid etdi: Qəzza sürətlə kütləvi məzarlığa çevrilirbackend

Məşhur aktrisa İsraili tənqid etdi: Qəzza sürətlə kütləvi məzarlığa çevrilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı aktrisa, keçmiş xoşməramlı səfir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının keçmiş xüsusi nümayəndəsi Ancelina Coli Qəzza zolağının bombalanmasına görə İsraili tənqid edib.

O, həmçinin BMT Təhlükəsizlik Şurasında atəşkəsi dəstəkləməyən dünya liderlərini “bu cinayətlərdə” şərik hesab edir. “Humanitar atəşkəs tələbindən imtina edərək və BMT Təhlükəsizlik Şurasının bir və ya hər iki tərəfə birini tətbiq etməsinə mane olmaqla, dünya liderləri bu cinayətlərdə şərik olurlar”.

Editor.az bildirir ki, bu fikirləri xanım Coli İnstaqramda yazıb

Aktrisa Qəzza zolağında baş verənləri “tələyə düşmüş və qaçmağa yeri olmayan əhalinin qəsdən bombalanması” kimi qəbul edir. Xanım Coli yazıb: “Qəzza təxminən iyirmi ildir açıq hava həbsxanası olub və indi sürətlə kütləvi məzarlığa çevrilir”. O qeyd edib ki, həlak olanların 40%-i uşaqlardır və bütöv ailələr bombardman nəticəsində həlak olub. Aktrisanın sözlərinə görə, “bütün dünya bunu seyr edərkən və bir çox hökumətlər fəal şəkildə dəstək verərkən, milyonlarla Fələstin mülki vətəndaşı – uşaqlar, qadınlar, ailələr – kollektiv şəkildə cəzalandırılır. O qeyd edib ki, mülki əhali ərzaq, dərman və humanitar yardımdan məhrumdur.

//Samir Qurbanov, Editor.az