54 yaşlı quruluşçu rəssam Ameli və 34 yaşlı rejissor köməkçisi Sara Jerar Depardyeni “Yaşıl dalğalar” filminin çəkilişləri zamanı nalayiq zarafatlar etməkdə və bu zaman əl hərəkətlərindən istifadə etməkdə ittiham edərək ona qarşı iddia qaldırıblar.
“Sky News” xəbər verir ki, araşdırmadan sonra məhkəmə hər iki iddiaçının şikayətlərini təmin edib. İttiham tərəfi aktyora 3 il sınaq müddəti olmaqla 18 ay həbs cəzası və 20 min avro pul cəzası istəyib. Lakin sonda Fransa məhkəməsi Depardyeni 18 aylıq şərti cəzaya məhkum edib.
Məlumdur ki, dinləmə zamanı Cerard ittihamları tamamilə rədd edib. O, yalnız Ameliyə toxunduğunu, ancaq bunu onun yıxılmaması üçün etdiyini söyləyib. Aktyor cinsi zorakılığın nə olduğunu dəqiq bilmədiyini də söyləyib.
//Samir Qurbanov, Editor.az