Məşhur amerikalı aparıcı Karlson Ağ Evin Rusiyaya qarşı müharibə aparmağı planlaşdırdığı tarixi açıqlayıbbackend

Məşhur amerikalı aparıcı Karlson Ağ Evin Rusiyaya qarşı müharibə aparmağı planlaşdırdığı tarixi açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın məşhur aparıcısı Taker Karlson Ağ Evin 2024-cü ildə Rusiyaya müharibə elan etməyi planlaşdırdığını iddia edib.

Editor.az xəbər verir ki, radioaparıcı Adam Korollanın qonağı olan Karlson bildirib ki, prezident Co Bayden administrasiyası ölkədəki hakimiyyətini saxlamaq üçün gələn il Rusiya ilə müharibə etmək niyyətindədir.

“Onlar Rusiya ilə müharibəyə hazırlaşırlar. İstədikləri budur. Gələn il ABŞ və Rusiya arasında qaynar müharibə olacaq. Mən qalib gələcəyimizi düşünmürəm”, – Karlson deyib.

Karlson vurğuladı ki, Bayden səlahiyyətlər əldə etmək və seçkilərdən əvvəl qələbə qazanmaq üçün müharibə edərək siyasi tədbirlər görməyi hədəfləyir. Daxili siyasətin kriminallaşdırılmasının ABŞ-dakı isteblişmentin yeganə çıxış yolu olaraq hakimiyyəti saxlamaqda görməsinə səbəb olacağını deyən Karlson, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da daxil olmaqla siyasi rəqibləri ilə bağlı araşdırmaların Baydenin komandasını qorxudan dönməz bir yola saldığını söyləyib.

//Gülnarə Abasova, Editor.az