Məşhur aparıcının 3 yaşlı oğlunu dayəsi DÖYDÜ – FOTObackend

Məşhur aparıcının 3 yaşlı oğlunu dayəsi DÖYDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli tanınmış aparıcı Cansu Canan Özgenin 3 yaşlı oğlunun dayəsi tərəfindən döyüldüyü ortaya çıxıb.

Editor.az  baku.ws-ə istinadən bildirir ki, hadisə ötən ilin iyul ayında baş verib.

Qonşular parkda oynayan 3 yaşlı E. Alinin dayəsi tərəfindən döyüldüyünü iddia ediblər.

Vəziyyəti öyrənən keçmiş basketbolçu, uşağın atası Erden Eryüz və həyat yoldaşı Cansu Canan Özgen polis bölməsinə gedərək əcnəbi baxıcıdan şikayət ediblər.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

M. Uktamoy adlı qadın polis bölməsindəki ifadəsində 6 aydır uşağa baxıcılıq etdiyini və daha əvvəl onu heç vaxt döymədiyini, uşağı kimi sevdiyini bildirib.

Dayə ifadəsində həmçinin tibb bacısı olduğunu və uşağın ağzına it nəcisini aparığı üçün əlinə vurduğunu deyib.

Prokurorluq qadına qarşı “sadə xəsarət” maddəsi ilə 1 ilə qədər həbs tələbi ilə məhkəməyə müraciət edib.

Şübhəli şəxs yaxın günlərdə hakim qarşısına çıxacaq.