Məşhur azərbaycanlı bəstəkar vəfat etdi – FOTObackend

Məşhur azərbaycanlı bəstəkar vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev vəfat edib.

Editor.az axşam.az-a istinadən bildirir ki, bu barədə vokalist, bəstəkar Qasım Xəlilov məlumat yayıb. Onun sözlərinə görə, R.Rzayev 30 aprel – Beynəlxalq Caz Günündə dünyasını dəyişib.

Qeyd edək ki, R.Rzayev mərhum Xalq artistləri Müslüm Maqomayev və Rəşid Behbudovla birgə çalışıb. O, Azərbaycan Milli Konservatoriyasında pedeqoq kimi də fəaliyyət göstərib.