Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – fotolarla şantaj edirmiş…backend

Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – fotolarla şantaj edirmiş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkilləri ilə şantaj edərək 830 min tələb edib – Tiktoker “Beniz”in həbsinin DETALLARI

“Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın həbsinin detalları məlum olub.

Editor.az  lent.az-a istinadən bildirir ki, iş üzrə zərərçəkənin vəkili Yusif Seyfəlov bildirib ki, Aybəniz Xəlilova şantaj etdiyi şəxslə 17 ay münasibətdə olublar.

“Zərərçəkmişin sözlərinə görə, onların münasibətinin 2 ayı tamam olandan sonra Aybəniz Xəlilova qarşı tərəfi şantaj edərək hədə-qorxu ilə pul tələb etməyə başlayıb. Bu pulun məbləği 830 min manatdan artıqdır.

Şantajlar isə zərərçəkmişin qeyri-münasib şəkilləri ilə edilib. Aybəniz Xəlilova bu fotoları onun telefonundan köçürüb”.