Məşhur azərbaycanlının xoşladığı qız onun görüşünə əri ilə gəldi – ŞOK ANLAR – FOTObackend

Məşhur azərbaycanlının xoşladığı qız onun görüşünə əri ilə gəldi – ŞOK ANLAR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov maraqlı paylaşımı ilə diqqət çəkib.

Editor.az Musavat.com-a istinadən bildirir ki, bloger “İnstagram” səhfəsinin hekayə bölümündə başına gələn maraqlı hadisədən söz açıb.

O bildirib ki, sosial şəbəkədə yazışdığı qızı görüşə dəvət edib. Gözlənilmədən qız onun görüşünə əri ilə gəlib:

“Əgər bir insan sənin xoşuna gəlirsə, həyəcanlanırsan. Onu görüşə dəvət etdim, oturub gözləyirdim. Qız görüşə bir oğlanla gəldi. Sakitcə soruşdum kimdir? Dedi ki, ərim. Mənim halımı təsəvvür edin. Ər-arvad və mən oturmuşuq, mən içki sifariş edirəm, biz içirik və onlar mənimlə foto çəkdirirlər.

Bundan sonra görüşə gedəndə qızın manikürünü görmək istəmə bəhanəsi ilə əllərinin fotosunu istəyəcəm. Üzük olub-olmadığını görmək üçün”.

 

3