Məşhur BİLD nəşri azərbaycanlı pilotlardan yazdıbackend

Məşhur BİLD nəşri azərbaycanlı pilotlardan yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları”nın təyyarəsi qəzaya uğrayanda 38 sərnişin həlak olub, 29 sərnişin isə pilotların fövqəlbəşəri şücaəti sayəsində sağ qala bilib.

Editor.az bildirir ki, bu fikri BILD-in açıq məlumatların təhlili üzrə eksperti Julian Repke bildirib. Nəşr xatırladıb ki, təyyarə Qroznı səmasında Rusiya hərbçiləri tərəfindən atəşə tutulub, lakin o, Qazaxıstana bir neçə yüz kilometr uça bilib. Bununla bağlı aviasiya eksperti Ceykob Vert pilotların hərəkətlərini yüksək qiymətləndirib: “Uçuşun gedişinə və eniş cəhdinə əsasən, təyyarə çox idarəolunmaz görünürdü”.
O əlavə edib ki, onu tamamilə məhv olmaqdan xilas edən “ağır zədələnmiş təyyarəni Xəzər dənizi üzərindən birbaşa Aktauya gətirən pilotların heyrətamiz nailiyyəti” olub. Təyyarə dənizə düşsəydi, bu, bütün sərnişinlər üçün birmənalı ölüm olardı.

“Embraer E190” quruya enərkən tam zərbə alan ön ucu ilə yerə çırpılıb və arxa tərəf sərnişinləri ilə birlikdə sağ qalıb.
Repke xatırladıb ki, təyyarənin Aktauya uçmalı olmasının mümkün səbəbi təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən atəşə tutulmasından sonra Rusiya hakimiyyətinin pilotlara təcili eniş etməyə icazə verməməsidir.

Nəşr qeyd edir ki, Vladimir Putin baş verənlərə görə Azərbaycan prezidenti İlham Əliyevdən üzr istəsə də, təcili enişin rədd edilməsi ehtimalını təsdiqləməyib.

//Samir Qurbanov, Editor.az