Məşhur blogger və müğənnilərin reklam etdiyi Azər İsmayılov saxlanıldıbackend

Məşhur blogger və müğənnilərin reklam etdiyi Azər İsmayılov saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılov saxlanılıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Azər İsmayılov vətəndaşların çoxsaylı şikayətlərindən sonra saxlanılıb.

Belə ki, onun rəhbərlik etdiyi “iamzervacademy” kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib.

50-dən çox şəxsin bu yolla aldadıldığı bildirilir.

Qeyd edək ki, Azər İsmayılovun sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur bloggerlər və müğənnilər də reklam edib. Bu yolla vətəndaşların inamını qazanıb.