Üzdəniraq “yenidənqurma” illərinin “məhsulu” olan ekstrasens Anatoli Kaşpirovski fırıldaqçılıq və vergidən yayınma üzrə təftiş ediləcək.
SHOT Telegram kanalı yazır ki, bu sorğunu Rusiya Federasiyasının İstintaq Komitəsinə “Sorok Sorokov” hüquq müdafiə mərkəzinin ictimai fəalları göndərib. Mənbələrin məlumatına görə, fəallar İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə müraciət ediblər.
Onlar yaşlı insanların Kaşpirovskiyə gəlməkdə davam etməsindən narahat olduqlarını bildiriblər. Onlar xəstəliklərdən qurtulmağa çalışır və sağlamlıqlarını həkimlərə deyil, “sehrbaz”a etibar edirlər. Kaşpirovskinin özü sözdə şəfa seanslarını “yaradıcı görüşlər” adlandırıb. Onun metodları, məlumat verənlərin qeyd etdiyi kimi, çox spesifikdir. Məsələn, xlora qarşı allergiyası olan insanları məclislərə kiloqramlarla bu maddədən gətirməyə məcbur edir. Bundan əlavə, ekstrasens vergidən yayınma ilə bağlı yoxlanılacaq. Çünki o, sahibkarlıq fəaliyyətini dövlət qeydiyyatı olmadan həyata keçirir.
Bundan əvvəl Kaşpirovskinin kütləvi seansları bərpa etdiyi bildirilirdi. Belə ki, o, tamaşaçılarla ilk görüşlərini Moskvada keçirib və tədbirə 300-ə yaxın insan gəlib.
//Samir Qurbanov, Editor.az