Məşhur ermənipərəst siyasətçi Marine Le Pen mühakimə olunacaq: Bu onun siyasi karyerasının sonu deməkdirbackend

Məşhur ermənipərəst siyasətçi Marine Le Pen mühakimə olunacaq: Bu onun siyasi karyerasının sonu deməkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın ifrat sağçı siyasətçisi Marine Le Pen, qeyri-qanuni kampaniyanın maliyyələşdirilməsinə görə mühakimə olunacaq.

Editor.az bildirir ki, bu barədə “Politico” sentyabrın 29-da yazıb. Le Pen, onun “Milli Mitinq” partiyasının üzvləri və daha 26 nəfər, o cümlədən hazırkı və keçmiş Fransa qanunvericiləri və Avropa Parlamentinin üzvləri, parlament köməkçiləri üçün müqavilələr verməklə Avropa Parlamentinin vəsaitlərini oğurlamaqda ittiham edilir. İddia edilən sxem 2004-2016-cı illər arasında baş verib.

Prokurorlar öz ifadələrində “Milli Mitinq”in əksəriyyətinin partiyada əsas vəzifələrdə çalışan parlament köməkçilərinə ildə milyonlarla avro xərclədiyini bildiriblər. Siyasətçi dəfələrlə qanunsuzluqda iştirakını inkar edib.

Nəşr qeyd edir ki, Le Pen prezident seçkilərində qalib gəlməyə həmişəkindən daha yaxındır, lakin bu məhkəmə onun siyasi gələcəyini çətinə sala bilər. Günahı sübuta yetirilərsə, o, maksimum 10 il həbs cəzası və 1 milyon avroya qədər cərimə ilə üzləşə bilər. Bu da onun 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürməsinə mane olacaq.

//Samir Qurbanov, Editor.az