Məşhur futbolçu haqqında 4,5 il həps qərarıbackend

Məşhur futbolçu haqqında 4,5 il həps qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya məhkəməsi “Barselona”nın və Braziliya millisinin keçmiş futbolçusu Dani Alveşi 23 yaşlı qıza təcavüz etməkdə təqsirli bilib. Futbolçu dörd il yarım həbs cəzası alıb.

Editor.az xəbər verir ki, bBu barədə ispandilli “El Pais” nəşri məlumat yayıb. Məhkəmə müəyyən edib ki, 2022-ci ilin dekabrında futbolçu Sutton gecə klubunda 23 yaşlı qızı zorlayıb. Alveş 2023-cü ilin yanvarında saxlanılıb.

Futbolçu əvvəlcə onu polisə xəbər verən qızı tanımadığını, sonra aralarında heç bir şey olmadığını desə də, sonda qızın ona minuş etdirdiyini etiraf edib. Futbolçunun sözlərinə görə, cins əlaqə razılıq əsasında olub. O, hökmdən məhkəmənin apellyasiya kollegiyasına şikayət verib. Məhkəmə zamanı qızın kimliyi onun qərarı ilə gizlədilib, dinləyicilərə və jurnalistlərə onun ifadəsi və müşahidə kamerası yazıları ilə tanış olmağa icazə verilməyib.

Eyni zamanda, futbolçunun müdafiəsi vəsatət qaldırıb ki, məhkəmə müştərini təqsirli hesab edərsə, iki yüngülləşdirici hal tətbiq etsin: 150 min avro məbləğində təzminat ödənilməsi, o cümlədən hadisənin baş verdiyi gecə sərxoş olduğu barədə.

//Samir Qurbanov, Editor.az