Məşhur futbolçunu döyüb qaçdılar, arvadını isə… – FOTObackend

Məşhur futbolçunu döyüb qaçdılar, arvadını isə… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bu barədə İspaniya polisindəki mənbələrə istinadən “El Pais” qəzeti məlumat yayıb.

Hadisənin futbolçunun evində baş verdiyi qeyd edilir. Ən azı 4 nəfər Obameyanqın evinin bağçasına soxulub. Daha sonra 33 yaşlı futbolçunu döyüblər. Bundan başqa, oğrular futbolçunu və onun həyat yoldaşını odlu silahla hədələyiblər.

“Barselona”nın futbolçusunun evinə soxulan oğrular seyfi sındıraraq, qiymətli zinət əşyalarını götürüblər. Sonra onlar maşına minərək qaçıblar. Hazırda polis oğruları axtarır.

Məlumat üçün bildirək ki, 33 yaşlı futbolçu 2022-ci ilin qışında azad agent kimi “Arsenal”dan “Barselona”ya keçib. Obameyanq Kataloniya klubunda 24 oyuna çıxıb, 13 qol vurub və 1 məhsuldar ötürmə edib.

publika.az