Məşhur idmançı avtomobil qəzasında öldübackend

Məşhur idmançı avtomobil qəzasında öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adıgeydə baş verən bədbəxt hadisə idmançı, pankration üzrə Rusiya Federasiyasının çempionu, sambo üzrə idman ustası Bislan Şexetlin həyatına son qoyub.

Editor.az xəbər verir ki, Bislan Şexetl ötən bazar günü ölümlə nəticələnən qəzaya düşüb. “Dünən, 2023-cü il dekabrın 17-də Rusiyanın idman ustası Şehetl Bislan avtomobil qəzasında dünyasını dəyişdiyini dərin təəssüf hissi ilə bildirirəm (avtomobil qəzası).

Bislan 9 il ərzində ən istedadlı tələbələrimdən biri olub”, – – çempionun mentoru Əsgər Kalaşaov deyib. Sürücülük vəsiqəsi olmayan 25 yaşlı idmançının idarə etdiyi avtomobil elektrik xəttinin dayağına çırpılıb. O, təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəza zamanı avtomobildə 24 yaşlı yerli sakin də olub. O, xəstəxanaya yerləşdirilib və reanimasiyadadır. Qəza Adıgeysk yaxınlığında baş verib, idmançı özü isə Maykopda yaşayırdı.

//Samir Qurbanov, Editor.az