Məhkəmə icraçıları yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun çoxmilyonluq əmlakına həbs qoyub.
Editor.az “Maşh” istinadən xəbər verir ki, söhbət 79 milyon rubl dəyərində əmlakdan gedir. O da qeyd olunur ki, idmançıya qarşı icra prosesinə başlanılıb. Müsadirə olunan əmlakın siyahısına Dağıstanda bir ev və 6 avtomobil parkı daxil ola bilər. Onlardan birini təcili olaraq 16 milyon rubla satmağa çalışıblar.
Qarışıq döyüş növləri üzrə keçmiş döyüşçünün əmlakına həbs qoyulması vergi orqanlarına milyonlarla dollarlıq borcla bağlıdır. Həbibin Rusiya Federal Vergi Xidmətinə 300 milyon rubldan çox borcu var.
//Samir Qurbanov, Editor.az