Məşhur iş adamı milyonlarlarını itinə miras qoydu – FOTObackend

Məşhur iş adamı milyonlarlarını itinə miras qoydu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanlı iş adamı Ratan Tata ölümündən sonra “Tito” adlı sevimli alman çoban itinə 100 milyon dollardan çox miras qoyub.

Editor.az  bildirir ki, bu barədə Oxu.Az “Daily Mail”ə istinadən xəbər verir.

Məlumata görə, Tata 86 yaşında Mumbayda dünyasını dəyişib. İki həftə sonra məlum olub ki, o, sərvətinin çox hissəsini sevimli alman çoban iti, eşikağası və baş köməkçisi Konar Subbiax və aşpazı Radjan Şou arasında bölüşdürüb.

Bildirilir ki, milyonçu heç vaxt evli olmayıb və övladı da olmayıb, həyatı boyu heyvanlara olan sevgisi ilə tanınıb. Vəsiyyətnamədə, həmçinin qeyd olunub ki, “Tito” sonsuz qayğı ilə əhatə olunmalıdır.

Tata 1937-ci ildə Bombeydə (indiki Mumbay) anadan olub. Karyerasına ailə biznesi olan və hazırda “Tata” kimi tanınan “TISCO” duz və polad şirkətində başlayıb. 1991-ci ildən sahibkar ailə imperiyasını idarə etməyə başlayıb və illər ərzində müəssisə 100-dən çox şirkəti birləşdirən qrupa çevrilib.