Məşhur iş adamı Rusiya vətəndaşlığından İMTİNA ETDİ-FOTObackend

Məşhur iş adamı Rusiya vətəndaşlığından İMTİNA ETDİ-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Texnosila”nın keçmiş sahibi Mixail Kokoriç Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb.

O, ölkə ilə əlaqəsini kəsib.

“Bu həftə mən rəsmi olaraq Rusiya Federasiyasının vətəndaşlığından imtina etdim, ölkə ilə rəsmi əlaqəmi dayandırdım”, – deyə Kokoriç bildirib.

O əlavə edib ki, Rusiya pasportundan imtina Ukrayna ərazisindəki hərbi əməliyyatlar və indiki hökumətin siyasəti ilə razılaşmaması ilə bağlıdır.

Mixail Kokoriç “LinkedIn”dəki postuna vətəndaşlıqdan imtina haqqında şəhadətnamə əlavə edib.

Qeyd edək ki, “Texnosila” elektronika mağazalar şəbəkəsinin keçmiş sahibi 2011-ci ildə özəl rus kosmik şirkəti “Dauria Aerospace”i təsis edib. Daha sonra ABŞ və Avropada bir neçə kosmik startap yaradıb.

800x400.jpg (43 KB)

Musavat.com