Məşhur İtaliya brendinin qurucularından biri xərçəngdən vəfat edibbackend

Məşhur İtaliya brendinin qurucularından biri xərçəngdən vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diesel markasının həmtəsisçilərindən olan Adriano Goldschmidt 82 yaşında vəfat edib.

Editor.az bu barədə WWD nəşrinə istinadla xəbər verir.

Goldschmidt uzun sürən xərçəng xəstəliyi ilə mübarizədən sonra dünyasını dəyişib. Nəşr dizaynerin “denimin atası” kimi tanındığını qeyd edib. Məqalədə bildirilir ki, o, cins şalvarı sadə iş geyimindən yüksək modanın əsas elementlərindən birinə çevirən irs qoyub.

Adriano Goldschmidt karyerasına 1974-cü ildə Daily Blue brendini yaradaraq başlayıb. Dörd il sonra italiyalı iş adamı Renzo Rosso ilə birlikdə Diesel markasını təsis edib. 1984-cü ildə şirkətin yeganə sahibi Renzo Rosso olub.

1993-cü ildə Goldschmidt AGOLDE brendinin həmtəsisçilərindən birinə çevrilib. O, həmçinin Fransanın Chloé markası ilə denim materiallarının təkrar emalı sahəsində əməkdaşlıq edib.

Goldschmidt karyerası ərzində Replay, Gap 1969, Goldsign və AG Adriano Goldschmied kimi şirkətlərin də həmtəsisçisi olub.

//Gülnarə Abasova, Editor.az