Məşhur mağazalar şəbəkəsi bağlanır?backend

Məşhur mağazalar şəbəkəsi bağlanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AL Market” mağazalar şəbəkəsinin bir neçə filialının fəaliyyətini dayandırdığı söylənilir.

Oxu.Az məlumatı dəqiqləşdirmək üçün “AL Market” mağazalar şəbəkəsinə sorğu ünvanlayıb.

Şəbəkənin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda “AL Market” mağazalar şəbəkəsi yenilənir:

“Hazırda “AL Market” mağazalarında yenilənmə işləri aparılır. Buna görə də fəaliyyətini davam etdirən mağazalar 2-4 günlüyünə bağlanıb yenilənir, bəzi mağazalarımız isə daha yaxşı ünvanlara köçürülür”.