Məşhur model anasının həbsxanadan qaçmasını təşkil edib – FOTOlarbackend

Məşhur model anasının həbsxanadan qaçmasını təşkil edib – FOTOlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyanın Boqota şəhərində 21 yaşlı İnstaqram modeli Aida Viktoriya anasının həbsdən qaçmasının təşkilatçısı hesab olunub.

Editor.az xəbər verir ki, bu barədə Vice məlumat yayıb. 2019-cu ildə 38 yaşlı siyasətçi Aida Merlano Rebolyedo 15 il müddətinə azadlıqdan məhrum edilib. Seçkidə qalib gələrək senator olan qadın seçki kampaniyası qaydalarını pozmaqda, səsləri saxtalaşdırmaqda, korrupsiyada və qanunsuz silah saxlamaqda şübhəli bilinirdi. Tezliklə o, ittiham edilib və həbs edilib. Ancaq cəmi iki həftədən sonra o, qaçmağı bacarıb. Qaçış Merlanonun həbsxana gözətçisinin müşayiəti ilə diş həkiminin yanına getdiyi gün baş verib. Pəncərədən qaçan kolumbiyalı qadın kəndirlə yerə enib, daha sonra naməlum kişinin idarə etdiyi motosikletə minərək dəbilqə taxıb və gözdən itib. Üç ay sonra isə Venesuelada tutulub.