Məşhur müğənni 17 yaşlı qızını göstərdi – FOTObackend

Məşhur müğənni 17 yaşlı qızını göstərdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Spice Girls” qrupunun keçmiş solisti Ceri Horner 17 yaşlı qızını nümayiş etdirib. Müğənni qızını ad günü münasibətilə təbrik edib və sosial şəbəkədə onunla nadir fotosunu paylaşıb.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, “Ad günün mübarək Blubell. Bu gün 17 yaşın tamam olur. Səninlə fəxr edirik. Biz səni sevirik”, – o yazıb.

Qeyd edək ki, qızın atası müğənninin 2006-cı ildə bir neçə ay görüşdüyü ssenarist Saşa Cervazidir. Lakin kişi uşağın tərbiyəsində iştirak etməyib, Blubeli ögey atası, “Red Bull Racing”in rəhbəri Kristian Horner böyüdüb. Onun da öz növbəsində digər nigahdan 9 yaşlı Olivia adlı bir qızı var.

İfaçı 2015-ci ildə Kristian ilə ailə qurub və 2017-ci ildə onların bir oğlu dünyaya gəlib.