Məşhur müğənni özündən 24 yaş kiçik sevgilisi ilə – FOTO/VİDEObackend

Məşhur müğənni özündən 24 yaş kiçik sevgilisi ilə – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur müğənni Özcan Dəniz özündən 24 yaş kiçik iranlı modelyer sevgilisi Samar Dadgar ilə ilk dəfə foto paylaşıb.

Editor.az “Son Dakika”ya istinadla xəbər verir ki, 50 yaşlı müğənni yeni ildə Kiprdə konser verib. Samar Dadgar da onu dinləmək üçün Kiprə yollanıb.

Qeyd edək ki, Özcan Dəniz sevgilisinin onu qucaqladığı kadrlara ürək və çiçək emojisi qoyub. O, 3 yaşlı oğlunun qəyyumluğunu 2019-cu ildə boşandığı həyat yoldaşı Feyza Aktana ötən həftə məhkəmədə uduzub.