Sosial mediadakı paylaşımları ilə tez-tez diqqət mərkəzinə düşən Türkiyənin tanınmış müğənnisi Aleynə Tilkinin anası Havva Öztəl növbəti dəfə müzakirə mövzusuna çevirilib.
Editor.az xəbər verir ki, “Of” yazılmış lövhənin qarşısında foto çəkdirən cazibədar xanım geyimi ilə diqqət çəkib. Onu ciddi tənqid edənlər də olub. Sosial media izləyicilərindən biri “Heç olmasa alt paltar geyinərdin” deyə fotoya rəy yazıb.


