Məşhur müğənni və aktyor Ferdi Tayfurun kürəkəni Muhammet Aydın saxlanılıb.
Editor.az publika.az-a istinadən xəbər verir ki, polislər onun Kağıthane bölgəsindəki ofisində əməliyyat keçiriblər.
Əməliyyat zamanı Muhammet Aydının qanunsuz saxladığı silahlar götürülüb.
Nəzarətə alınan Aydın barəsində məhkəmə istintaqı aparılıb və o prokurorluğun göstərişi ilə sərbəst buraxılıb. (Sfera.az)