Məşhur musiqiçi Andrey Makareviç Rusiyanın Ukraynanı niyə məhv etmək istədiyini anlamağa çalışıb və bir növ Rusiya prezidenti Vladimir Putini “yerinə oturdub”.
Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən xəbər verir. Makareviç deyib: “Məni axmaq hesab etsəniz də, başa düşməyə çalışıram ki, nə üçün Hitler yəhudilərə nifrət edirdi? Səbəbi bilinmir. Bu nifrət irrasional və o qədər güclü idi ki, Holokosta gətirib çıxartdı. Bəs Putin Ukraynaya niyə bu qədər nifrət edir? Ona görə ki, orada azad seçkilər var? Ona görə ki, o azad olmaq istəyir və “quyruq” olmaqdan imtina edir? Və bu nifrət Putini gözəl şəhərləri bombalamağa və mülki insanları öldürməyə məcbur edir? Niyə?”,-deyə Makareviç ritorik şəkildə soruşur.
Sənətçi həmçinin Putini Üçüncü Dünya Müharibəsini təşkil etmək istəyi ilə “yerə vurub”. Makareviçin fikrincə, Rusiya o müharibəni uda bilməyəcək. “O, həqiqətən də III Dünya Müharibəsini istəyir? Və bu müharibədə qalib gəlməyi düşünür? Rusiya iki ay ərzində artıq çox şey qazanıb. Və qorxuram ki, bu, hələ başlanğıcdır”, – deyə musiqiçi əlavə edib. Xatırladaq ki, əvvəllər Ukraynanı dəstəkləyən Makareviç rusların tənqidlərinə sərt cavab vermişdi.

