Məşhur polkovnik-leytenant vəfat etdi – FOTObackend

Məşhur polkovnik-leytenant vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

I Qarabağ müharibəsi qazisi vəfat edib.

Editor.az olke.az-a istinadən xəbər verir ki, polis polkovnik-leytenantı “Azərbaycan Bayrağı” ordenli qazi, Xocalı fədaisi Bəxtiyar Qulu oğlu Aslanov dünyasını dəyişib.

Qeyd edək ki, 1992- ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü olan B.Aslanov Xocalının müdafiəsi uğrunda mübarizə aparıb.

Fevralın 25-i axşam ermənilər Xocalıya hücum edən zaman Əlif Hacıyev və onun dəstəsi səhər saatlarına qədər düşmənə müqavimət göstərib. Əlifin döyüş yoldaşı Bəxtiyar Aslanov da düşmənlə sona qədər döyüşür. B.Aslanov döyüşlər vaxtı 6 güllə yarası alıb və 14 ay hospitalda yarıhuşsuz vəziyyətdə yatıb.