Məşhur “qanuni oğru” azadlığa çıxdıbackend

Məşhur “qanuni oğru” azadlığa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur “qanuni oğru”, kriminal aləmdə “Taro” ləqəbiylə tanınan Tariel Onianı azadlığa çıxıb.

Editor.az  “qafqazinfo”-ya istinadən xəbər verir ki, 63 yaşlı gürcü əsilli kriminal avtoritet İspaniyada həbsdən çıxdıqdan sonra naməlum istiqamətdə ölkəni tərk edib.

Qeyd edək ki, İspaniya məhkəməsi 2020-ci ilin yazında Onianıni 4 il həbs cəzasına məhkum edib. O, ölkədə çirkli pulların yuyulması məqsədi ilə yaradılmış cinayətkar qrupa üzv olmaqda günahkar bilinib.

Onianı “Qara Delfin” xüsusi rejim koloniyasından azad edildikdən sonra 2019-cu ilin oktyabr ayında Rusiyadan İspaniyaya ekstradisiya edilmişdi. O, 10 il müddətinə azadlıqdan məhrum edilib və həbs cəzasının bitməsinə 2 ay qalmış azadlığa buraxılıb.