Məşhur rus sənətçisi ukraynalıların qarşısında diz çökdü və….backend

Məşhur rus sənətçisi ukraynalıların qarşısında diz çökdü və….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı reper Face dəfələrlə Ukraynadakı müharibəni pisləyib.

Üstəlik, o, digər sənət adamlarını vəziyyətlə bağlı həqiqəti söyləməyə çağırıb.

Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir. Belə ki, Face bu yaxınlarda ukraynalı qaçqınlar üçün konsert vermək üçün Varşavaya gəlib.

Sənətçi ifası zamanı diz çökərək fevralın 24-də Rusiyanın başlatdığı müharibəyə görə ukraynalılardan üzr istəyib. O, rus olmaqdan utandığını da qeyd edib. Bundan əlavə, Face rusların Ukraynadakı müharibə ilə bağlı həqiqətləri öyrənməsi və bu dəhşətin dayandırılması üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

Editor.az