Ukraynada Rusiya dəniz piyadalarının bütün briqadaları itkilərə məruz qalıb.
Bu barədə Editor.az Conflict Intelligence Team (CIT) analitik qrupunun hesabatına istinadən məlumat verir. Məlumatda deyilir: “Ukraynada Rusiya dəniz piyadalarının itki verməyən heç bir briqadası qalmayıb. Bu itkilər Rusiyanın Moldovaya hücumla bağlı dolaşan şayiələr fonunda daha çox nəzərə çarpır.
Lakin əgər döyüşə hazır birləşmələr böyük ölçüdə itirilibsə, deməli Moldovaya, Polşaya və ya Baltikyanı ölkələrə hücum üçün qüvvə yoxdur.” Analitiklər dəniz piyadalarının Rusiyanın döyüşə ən hazırlıqlı və yüksək təlim keçmiş bölmələrindən biri olduğunu diqqətə çatdırırlar.

