Məşhur rusiyalı aktrisa Yana Troyanova Rusiya Federasiyasını “zorlanmış qadın”, Putini isə “oğru” adlandırdıbackend

Məşhur rusiyalı aktrisa Yana Troyanova Rusiya Federasiyasını “zorlanmış qadın”, Putini isə “oğru” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada yaşayan rusiyalı aktrisa Yana Troyanova Rusiya Federasiyasını “zorlanmış qadın” adlandırıb.

Editor.az bildirir ki, bu barədə o, YouTube layihəsinə verdiyi müsahibədə deyib: “Bu gün Rusiya mənim üçün elə zorlanmış rus qadınıdır ki, onun kişisi – dəyərsiz bir sərxoş – bu quldurlarla əl sıxır, ona görə ki, onun qadınını zorlayırlar. Tarixən heç kim bu xalqı sevməyib.

Onlar həmişə “top yemi” olublar”, – aktrisa deyib. Rusiya Federasiyasının əhalisi, Troyanova görə, xəstə cəmiyyətdir, SSRİ-nin dağılmasından sonra Rusiyada insanlar heç vaxt azad olmağı öyrənməyiblər: “Rusiya mürəkkəb ölkədir… İnsanlara siyasətdən kənar olmağı öyrədiblər, hətta “mən siyasətdən kənaram” ifadəsi də var idi. Sizin ölkəniz, inert bir şəkildə yaşamaq üçün məni xəstələndirdilər.

Aktrisa əmindir ki, bu ətalət rusları xəstə və laqeyd cəmiyyətə çevirib. Sonradan bütün bunlar Rusiyada faşizmə gətirib çıxarıb, – Troyanova belə hesab edir: “Onlar öz üzərlərində iş olmayanda faşizmə gəlirlər. Bu gün Rusiyada problem odur ki, insanlar öz üzərlərində işləmək lazım olduğunu düşünmürlər… Onlar əmin idilər ki, Amerika guya onların sərvətini əllərindən almaq istəyir. Amma bu sərvəti fırıldaqçısı və oğru Putini əllərimizdən alır”.

//Samir Qurbanov, Editor.az