Məşhur şirkət qaydaları pozdu: Milyardlarla dollar cərimə ödəməlidirbackend

Məşhur şirkət qaydaları pozdu: Milyardlarla dollar cərimə ödəməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Dövlət Bazar Nəzarəti Agentliyi “Alibaba”ya antitrest qanunlarını pozduğu üçün 18,22 milyard yuan (2,78 milyard dollar) pul cəzası tətbiq edib.

TASS xəbər verir ki, bu barədə tənzimləyicinin saytında yayımlanan açıqlamada qeyd edilir:

“İnhisar qanununun pozulması ilə əlaqədar “Alibaba”nın cərimələnməsinə qərar verildi. Bu şirkət milli qanunları pozmağı dayandırmalıdır”.

Qeyd edilir ki, şirkətin siyasəti Çin elektron ticarət bazarının rəqabət mühitinə mənfi təsir edib.

Sənədə görə, cərimə ilə bağlı qərar “real faktlar və mövcud dəlillər əsasında verilib” və “istehlakçıların qanuni hüquqlarını qoruyacaq”.