Məşhur şirkətdən biabırçılıq: məzhəb ayrı-seçkiliyi… – AÇIQLAMAbackend

Məşhur şirkətdən biabırçılıq: məzhəb ayrı-seçkiliyi… – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkədə “Səba” şirkətinin istehsalı olan toyuq məhsulları üzərindəki loqo müzakirələrə səbəb olub. Qablaşdırılmış toyuq məhsullarına vurulan “Gimdes” sertifikatının loqosu məzhəb qeydinə görə birmənalı qarşılanmayıb.

 

Məsələ ilə bağlı “Səba” açıqlama verib.

 

Şirkət bu halın dizayner səhvi olduğunu bildirib və yol verilən yanlışlığa görə istehlakçılarından üzr istəyib: “Bir qida istehsalçısı kimi, halallıq bizim üçün təkcə dinimizin tələbləri deyil, həm də insan sağlamlığı üçün vacib istehsalat prosesləri zənciridir. 2014-cü ildə ilk dəfə GİMDES Halal və Tayyib Sertifikatı ilə bağlı “Səba” müəssisələrində yoxlamalar aparılıb, müəssisə sertifikatlaşdırıldıqda verilən sertifikatda kəsimin məhz bütün məzhəblərə uyğun aparıldığı göstərilib.

 

Hər il yoxlama zamanı bu fakt bir daha yenilənmiş sertifikatlarda əksini tapır. Bunu nəzərə alan GİMDES “Səba”nın istifadə etməsi üçün loqoda heç bir məzhəb göstərilməməsi barədə razılıq verib.

 

Qeyd edək ki, GİMDES loqolarından birində yer alan 4 məzhəb islamın halal qidaya ən sərt tələbləri olan məzhəbləridir və təşkilat bu tələbləri gözlədiyini nümayiş etdirir. GİMDES-in nüfuzuna güvənən istehlakçılarımızın bizə dəfələrlə müraciətindən sonra bu qurumun bizim üçün xüsusi təsdiqlədiyi loqonu qablaşdırılmış məhsullarımızın üzərinə vurmağı qərara aldıq.

 

Lakin təəssüf ki, çap şirkətinin dizayneri göndərilən loqonun uyğun gəlmədiyini düşünərək, qurumun internet saytından yüklənən halal nişanından istifadə edib və məsul əməkdaşlarımız da bu yanlışlığı diqqətdən qaçırıb.

 

Təchizatçımızın və əməkdaşlarımızın düşünmədən etdiyi yanlışlıq ucbatından üzr istəyirik”.

Teleqraf