Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu azərbaycanlı pilotlar və stüaredessaları mükaflanıdırıb.
Bu haqda forumun baş katibi Assol Moldokmatova məlumat verib.
O saytımıza açıqlamasında deyib:
Azərbaycan qəhrəmanlarının nə qədər böyük şücaət göstərdiyini sözlə ifadə etmək mümkün deyil: sərnişinlərin həyatını xilas etmək üçün son dəqiqəyə qədər mübarizə aparan pilotlar və stüardessaların qarşısına baş əyirik.
Hökümə Əliyevanın səsi hələ də qulaqlarımızdadır: “Hər şey yaxşı olacaq. Pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov son ana qədər təslim olmadılar”.
O bildirib ki, forum qəhrəmanlarımızı mükafatlandırıb:
“Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu tərəfindən qərara alınıb ki, pilotlar: İqor Kşnyakin, Aleksandr Kalyaninov, stüardessa Hökumə eləcə də stüardessalar: Aydan Rəhimli və Zülfüqar Əsədov “BÖYÜK QƏHRƏMANLIQ VƏ XİLASKARLIĞA” medalı ilə təltif edilsin”.