Türkiyəli aparıcı və yazıçı Mətin Uca 62 yaşında vəfat edib.
Editor.az xəbər verir ki, bu barədə M.Ucanın meneceri Kübra Kalem Baykara sosial şəbəkə hesabında məlumat yayıb.
“Mətin Ucamızı itirdik. Ürəyimiz ağrıyır”, – menecer yazıb.
Qeyd edək ki, Mətin Uca 1961-ci ildə İstanbulda doğulub. Karyerasına “Anadolu” agentliyində başlayan jurnalist fəaliyyətini TRT, daha sonra Kanal D, Şou TV, ATV və Star TV-də davam etdirib. O, ilk növbədə, “Passaparola” verilişinin aparıcısı kimi tanınıb. Uca bir neçə kitabın müəllifidir.
//Axar.az

