Ukrayna Futbol Federasiyasının Etika və Ədalətli Oyun Komitəsi ukraynalı futbolçu, Ukrayna millisində oyunların sayına görə rekordçu olan, hazırda isə Rusiyanın “Zenit” futbol klubunun baş məşqçisinin köməkçisi işləyən Anatoli Timoşukun susqunluğuna sərt reaksiya verib.
Editor.az xəbər verir ki, Etika və Ədalətli Oyun Komitəsi Timoşukla bağlı daxil olan müraciətə baxaraq, onun Ukraynada baş verənlərə səssiz münasibətini əsas götürərək aşağıdakı qərarları qəbul edilib:
– Timoşuka UFF Lisenziyalaşdırma Mərkəzi tərəfindən verilmiş Pro səviyyəli məşqçilik lisenziyasından məhrum edilsin;
– Ukraya Futbol Federasiyasınınrəhbərliyinə tapşırılsın ki, Timoşukun bütün dövlət mükafatlarından və fəxri adlarından məhrum edilməsi ilə bağlı dövlət orqanlarına müraciət olunsun;
– Timoşuk Ukrayna çempionatının, Ukrayna Kubokunun, Ukrayna Superkubokunun qalibi və gümüş mükafatçısı kimi bütün titullarından məhrum edilsin;
– Timoşuku UFF milli komanda oyunçularının rəsmi reyestrindən çıxarılsın;
– Timoşuka ömürlük Ukraynada futbol oynamaq qadağan edilsin.
Xatırladaq ki, bundan əvvəl Ukrayna millisinin hazırki lideri Ruslan Malinovski Timoşukun hərəkətlərini “səhv”olduğunu, bununla onun “Ukrayna futbolunun əfsanəsi statusunu itirdiyini” demişdi.
//Fərrux, Editor.az

