Məşhur “Xolodnıy Yar” briqadasının bütün tank heyəti Baxmutda həlak oldu-FOTObackend

Məşhur “Xolodnıy Yar” briqadasının bütün tank heyəti Baxmutda həlak oldu-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının 93-cü əlahiddə mexanikləşdirilmiş “Xolodnıy Yar” briqadasının bütün tank heyəti həlak olub.

Editor.az xəbər verir ki, bu barədə briqadanın mətbuat katibi İrina Rıbakova Facebook-da yazıb. “…Əziz oğullarımız əbədiyyətə qovuşdular.

Bütöv bir ekipaj… O qədər səmimi, o qədər şən, təvazökar və möhtəşəm idilər. Rahat yatın. Və Sizin qatillərə lənət olsun, nə sağlıqda, nə də ölümdən sonra rahatlıq tapmasınlar” – mesajda deyilir. Qeyd edək Andrey Melnik (mexanik sürücü), Vitali Kobets (ekipaj komandiri, “Tyapa” çağırış nişanı) və Sergey Leontyevdən (topçu) ibarət olan ekipaj Donetsk vilayətinin Baxmut şəhəri uğrunda gedən döyüşlər zamanı həlak olublar.

  //Samir Qurbanov, Editor.az