Məşhur “Yaprak dökümü” serialının aktyoru ölümdən dönüb – FOTO/ANBAAN VİDEObackend

Məşhur “Yaprak dökümü” serialının aktyoru ölümdən dönüb – FOTO/ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur türkiyəli aktyor, “Yaprak dökümü” serialı ilə daha çox tanınan Halil Ergün ölümdən dönüb.

Aktyor İstanbulun Şişli rayonunda avtomobili ilə hərəkət edərkən ayağı qaz pedalına ilişib və idarəetməni itirib. Maşın yan zolaqda olan avtomobilə çırpılıb, daha sonra səkiyə çıxıb. Təhlükəsizlik kamerası Halil Ergünün yaşadığı qəzanı anbaan qeydə alıb.

Qəza nəticəsində məşhur aktyor və ətrafındakılar xəsarət almasalar da, Ergün çaşqınlıq içində avtomobilindən düşüb və uzun müddət qəzanın necə baş verdiyini izah edib.