Messi Bekhemlə şərik olurbackend

Messi Bekhemlə şərik olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSG-dəki oyunu ilə tənqidlərə məruz qalan Lionel Messi ABŞ-ın “İnter Mayami” klubuna transfer ola bilər.

Editor.az ABŞ mətbuatına istinadən xəbər verir ki, ulduz futbolçu eyni zamanda klubun səhmlərinin 35 faizini də alacaq.

Xatırladaq ki, “İnter Mayami”nin prezidenti və hissədarlarından biri İngiltərə millisinin keçmiş ulduzlarından olan Devid Bekhemdir.

Qeyd edək ki,  Lionel Messi bu mövsüm PSG-nin heyətində 33 oyunda meydana çıxıb. O, 33 oyunda 11 qola və 13 məhsuldar ötürməyə imza atıb.

//Nəzərbəy, Editor.az